Sabunçu-Zabrat yolunda tıxacın aradan qaldırılması üçün işlər davam edir (FOTO)


Digərləri 17 İyl 2018 12:21:00 216 0

Sabunçu-Zabrat yolunda tıxacın aradan qaldırılması üçün işlər davam edir (FOTO)

Sabunçu-Zabrat yolunda tıxacın aradan qaldırılması üçün işlər davam edir.

Bakı. Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə artıq ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub. Mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq.