Ana uşağını əmizdirdi, səhəri gün körpə öldü


Digərləri 17 İyl 2018 11:31:00 270 0

Ana uşağını əmizdirdi, səhəri gün körpə öldü

Filadelfiyalı qadın 3 aylıq oğlunun ölümündə ittiham olunur.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Filadelfiyada yaşayan 30 yaşlı Samantha Jones adlı qadın 3 aylıq oğlunun ölümünə səbəb olub.

Səhər ayılanda oğlunun rənginin solduğunu və ağzının köpükləndiyini görən qadın 911-ə zəng edib. Hadisə yerinə gələn polislər körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar nəticəsində uşağın qanından metadon maddəsi tapılıb.


Xəbərə aid fotolar