Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürür


İdman 17 İyl 2018 11:13:00 287 0

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürür

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürəcək. Goal.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu Qarabağ-ın potensial rəqibləri Valletta və Kukesi üz-üzə gələcəklər. Bu komandalar arasında baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu gün həmçinin Qarabağ - Olimpija cütündə məğlub olacaq komandanın da Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olacaq. İlk oyunda Şimali İrlandiya Crusaders-ini 7:0 hesabı ilə darmadağın edən Bolqarıstanın Ludogorets komandası, böyük ehtimalla, Çempionlar Liqasında növbəti mərhələyə vəqisə qazanacaq. "Kruzaders” isə möcüzə baş verməsə, Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək.

İlk matçda rəqibini 1:0 hesabı ilə məğlub edən Qarabağ iyulun 19-da Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Sloveniya Olimpija-sı ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

17 iyul

20:00. "Valletta” (Malta) - "Kukesi” (Albaniya)

İlk oyun - 0:0

20:00. HİK (Helsinki, Finlandiya) - "Vikinqur” (Farer Adaları)

İlk oyun – 2:1

21:00. "Hapoel” (Beer-Şeva, İsrail) - "Flora” (Tallin, Estoniya)

İlk oyun – 4:1

21:00. "Malmö” (İsveç) - "Drita” (Kosovo)

Ilk oyun – 3:0

21:00. APOEL (Kipr) - "Suduva” (Litva)

İlk oyun - 1:3

22:00. TNS (Uels) - "Şkendiya” (Makedoniya)

İlk oyun – 0:5

22:15. "Videoton” (Macarıstan) - "Düdelanj” (Lüksemburq)

İlk oyun – 1:1

22:30. "Srvena Zvezda” (Serbiya) - "Spartak” (Latviya)

İlk oyun - 0:0

23:00. "Legiya” (Varşava, Polşa) - "Kork Siti” (İrlandiya)

İlk oyun – 1:0

23:00. "Crusaders” (Şimali İrlandiya) - "Ludogorets” (Bolqarıstan)

İlk oyun - 0:7