Braziliyalı futbolçunun anası oğurlanıb


İdman 17 İyl 2018 10:53:00 270 0

Braziliyalı futbolçunun anası oğurlanıb

Shakhtar Donetsk-in futbolçusu Taysonun anası Rozangela Barsellos Freda Braziliyada oğurlanıb. Goal.az xəbər verir ki, oğru qadını evinin yanında maşında gözləyib. Rozangela çölə çıxdıqda, həmin şəxs gül buketi ilə onun dalınca düşüb. Sonra o, qadını tutaraq, maşının baqajına salıb və aradan çıxıb.  Hüquq-mühafizə orqanları qadını həmin axşam qonşu yaşayış məntəqəsində tapıblar. Cinayətin bütün iştirakçıları saxlanılıb. Onların sayı və adları açıqlanmır.  Tayson 2018-ci il dünya çempionatında Braziliya millisinin heyətində yer alıb.