"Kaspersky Lab": "Azərbaycan istifadəçilərinin 2/3si kibertəhdidlərlə qarşılaşıb"


Digərləri 17 İyl 2018 11:17:00 254 0

"Kaspersky Lab": "Azərbaycan istifadəçilərinin 2/3si kibertəhdidlərlə qarşılaşıb"

"Kaspersky Lab"ın məlumatına* əsasən, Azərbaycan istifadəçilərinin təxminən 2/3-si internetdə müxtəlif təhlükələrlə qarşılaşır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici, demək olar, son 18 ay ərzində dəyişməz qalıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Lakin "Kaspersky Lab"ın analitikləri ölkədə mobil zərərvericilər tərəfindən yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda "Android" istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb.

2018-ci ilin birinci yarısında "Android" platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb.