FİFA Serbiyanı cərimələyib


İdman 17 İyl 2018 09:44:00 233 0

FİFA Serbiyanı cərimələyib

FİFA Serbiya Futbol İttifaqını 54 min İsveçrə frankı məbləğində cərimələyib. Goal.az xəbər verir ki, bu cəza İsveçrə yığmasının oyunçuları Qranit Caka və Cerdan Şakirinin şikayətlərindən sonra tətbiq olunub. Rusiyadakı dünya çempionatında iki ölkənin yığmaları arasında keçirilmiş qrup oyununda serbiyalı azarkeşlər isveçrəli futbolçulara plastik qab və stəkan atıblar. Həmin oyunda İsveçrə qalib gəlib - 2:1.

Qeyd dək ki, FİFA Qranit Caka və Cerdan Şakirini 10 min frank cərimələyib. Onlar Serbiya ilə oyunda qol vurduqdan sonra Albaniya qartalını təsvir ediblər.