Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır


Digərləri 17 İyl 2018 10:50:00 287 0

Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Kapital Bank "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu" adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Layihə ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Layihə 23 iyul 2018-ci il tarixinədək davam edəcək.

"Təhsil avtobusu" adlı Yay Məktəbi Quba, Masallı, Şəmkir, Şəki, Qəbələ və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.