Tütün sahəsində işləyən zaman ilan sancdı


Digərləri 17 İyl 2018 10:35:00 260 0

Tütün sahəsində işləyən zaman ilan sancdı

Zaqatalada 57 yaşlı kişini ilan sancıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 07 radələrində rayonun Aşağı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Mustafa Həmzət oğlu Hacıyev ilan sancması xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirlib ki, Mustafa Hacıyev Aşağı Tala kənd inzibati ərazisində tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Mustafa Hacıyevə lazımi tibbi yardım göstərilib,  ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.