KİV: Moskvadakı partlayışda azərbaycanlılar xəsarət alıb VİDEO


Kriminal 17 İyl 2018 10:38:03 280 0

KİV: Moskvadakı partlayışda azərbaycanlılar xəsarət alıb  VİDEO

Moskvadakı kafelərdən birində baş verən partlayış zamanı 12 nəfər xəsarət alıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat Moskva meri Sergey Sobyaninin "Тwitter" hesabında yayımlanıb. 

"Partlayış qaz sızması səbəbindən baş verib. 12 nəfər xəsarət alıb. Onların həyati təhlükəsi yoxdur", - məlumatda bildirilib. 

"Komsomolskaya pravda" nəşrinin verdiyi məlumata görə, hadisə yerində olan polislər xəsarət alanların Azərbaycan və Tacikistan vətəndaşları olduğunu açıqlayıblar.