Rusiya vətəndaşı İmişlidə camışı vurdu,


Digərləri 17 İyl 2018 10:25:00 263 0

Rusiya vətəndaşı İmişlidə camışı vurdu,

İmişlidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Hacıqabul Horadiz yolunun İmişli rayonunun Xəlifəli kəndi ərazisindən keçən hissəsində baş verib.

Rusiyanın Samara vilayətninin vətəndaşı, 1965-ci il təvəllüdlü Hacıyev Əfqan Barat oğlu idarə etdiyi "Priora" markalı T - 668 - K - 163 dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən qarşısına çıxan camışı vurub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Beyləqan rayonunun Aşıqlı kənd sakini, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və İstintaq İdarəsində araşdırma aparılır.