Bu universitetin filialında təhsil haqları və keçid balları azaldılıb


Digərləri 17 İyl 2018 10:04:00 1236 0

Bu universitetin filialında təhsil haqları və keçid balları azaldılıb

Bu universitetin filialında təhsil haqları və keçid balları azaldılıb.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı 2018/2019-cu tədris ilinə yeniliklərlə start verəcək. UNEC-dən Trend-ə verilən məlumata görə, Zaqatala filialına yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupunu seçən abituriyentlər informasiya texnologiyaları ixtisası üzrə əyani təhsil ala biləcəklər. II qrupda isə ixtisasların sayı artırılıb. II ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi, turizm və otelçiliklə yanaşı, menecment, marketinq ixtisasları da tədris olunacaq.