DİQQƏT! Bu yollarda təhlükəsizlik sədlərinin təmiri davam etdirilir


Digərləri 17 İyl 2018 09:47:00 211 0

DİQQƏT! Bu yollarda təhlükəsizlik sədlərinin təmiri davam etdirilir

Azərbaycanın iri avtomobil yollarında təhlükəsizlik sədlərinin təmiri davam etdirilir.

Bakı. Azərbaycanın iri avtomobil yollarında təhlükəsizlik sədlərinin təmiri davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.