Lənkəranda yeşik sexində qanunsuz əldə olunmuş meşə materialı tapılıb


Digərləri 17 İyl 2018 09:34:00 243 0

Lənkəranda yeşik sexində qanunsuz əldə olunmuş meşə materialı tapılıb

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zamanı Lənkəran rayonu Təngivan kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə olunmuş 21,11 kubmetr həcmində fıstıq və qızılağac cinsli işlik meşə materialı aşkar edilib.