Sarqsyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur


Dünya 17 İyl 2018 09:15:00 252 0

Sarqsyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur

Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin məlumatında bildirilir.     

Məlumata görə, insident 2017-ci ilin avqustunda baş verib. Hadisənin qurbanı Yerevanın mərkəzində əcnəbi turistlər üçün gecə klubu açmaq istəyən 49 yaşlı kişi olub.   

"2017-ci ilin avqustun ortalarında Narek Sarqsyanın mühafizə rəisi Artyom Poqosyan həmin şəxsi söhbət etməyə çağırıb. Lakin yol kəsişmələrindən birində sahibkar oğurlanıb və güc tətbiq edilməklə Narek Sarqsyana məxsus evə aparılaraq,  zirzəmisinə salınıb", - deyə məlumatda deyilir.  

Zirzəmiyə salınan sahibkar döyülüb və işgəncələrə məruz qalıb: "Sarqsyan onu tapança ilə hədələyib, qaz avadanlığı ilə yanıq xəsarətləri yetirib. Daha sonra həmin şəxs Sarqsyana məxsus yük maşınlarının servis mərkəzinə gətirilərək təkrar döyülüb. Klub biznesi ilə məşğul olmayacağını vəd etdikdən sonra sərbəst buraxılıb".