“Twitter”də böyük təmizlik: Saxta hesablar silinir


Digərləri 17 İyl 2018 08:59:00 263 0

“Twitter”də böyük təmizlik: Saxta hesablar silinir

"Twitter" mikrobloqu iyulun 12-dən etibarən şübhəli akkauntların kütləvi şəkildə silinməsinə başlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.

Açıqlamada bildirilir ki, "Twitter"də etimad mühiti yaratmaq və sağlam kommunikasiyanı təmin etmək istiqamətində tədbirlər davam etdirilir: "İzləyicilərin sayı görünən bir özəllikdir və hər kəsin bu saylara etibar etməsini istəyirik. İllər boyunca durumlarında ani dəyişikliklər gördüyümüz hesabları bağladıq. Bu həftə dünya miqyasında bağlı hesabları izləyicilərin sırasından siləcəyik. Nəticədə bir çox profildə izləyicilərin sayında azalma olacaq. Hesabların çoxu 4 və ya  4-dən az izləyici itirəcək. Çoxsaylı izləyiciyə sahib olan səhifələrin izləyici sayında isə ciddi azalma olacaq. Bunun bəziləri üçün çətin olacağını anlayırıq, lakin doğruluğun və şəffaflığın "Twitteri" daha güvənilən bir xidmət halına gətirəcəyinə inanırıq".