BMT yeni orqan yaradır


Digərləri 17 İyl 2018 08:41:00 277 0

BMT yeni orqan yaradır

BMT rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupu yaradacaq. Bu barədə mətbuat konfransında BMT baş katibi Antoniu Quterriş bildirib.  

Son.az ICTnews-a istinadən bildirir ki, "Mən rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə panel yaratmaq barədə qərar qəbul etmişəm. Blokçeyn kimi yeni texnologiyalar hər gün yaranır. Mən BMT-ni texnoloji əsr dövründə dialoq üçün unikal platforma kimi təsəvvür edirəm", - baş katib qeyd edib.

Məlumata görə, yeni məşvərətçi orqan 9 aydan sonra rəqəmli texnologiyalar sahəsində problemlərin həlli ilə bağlı təkliflər təqdim edəcək.