Uçan maşınlar gələn ildən satışa çıxarılır VİDEO


Digərləri 17 İyl 2018 08:46:00 291 0

Uçan maşınlar gələn ildən satışa çıxarılır VİDEO

Pilot vəsiqəsinə ehtiyac olmayan uçan maşınların təlim uçuşları uğurla başa çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən "Opener" firması tərəfindən istehsal edilən "BlackFly" adlandırılan uçuş aparatları saatda 100 km sürətlə hərəkət edə bilir. Elektrik enerjisi ilə işləyən bu aparatlar 40 km məsafəni rahatlıqla qət edə bilir.

KİV-də insan daşıya bilən dronlara bənzədilən "BlackFly" uçuş aparatlar 4 metr uzunluğa, 1,5 metr hündürlüyə, 4,2 metr enə malikdir. Pilot kabinəsinin hündürlüyü isə 2 metrdir və 113 kiloqrama qədər yük daşıya bilir.

Şirkət aparatların satışına 2019-cu ilin əvvəllərindən start verəcək.