Yeni əlavə reallıq eynəyi təqdim olunub VİDEO


Digərləri 17 İyl 2018 08:31:00 313 0

Yeni əlavə reallıq eynəyi təqdim olunub  VİDEO

"Magic Leap" şirkəti yeni əlavə reallıq eynəyi prototipini nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, əlavə reallıq texnologiyasında ixtisaslaşan "Magic Leap" startapı "Google" və "Alibaba" kimi texnoloji nəhənglər tərəfindən dəstəklənir. Yeni qurğu eynək, hesablama platforması və interfeysin idarəetməsi üzrə kontrollerdən ibarətdir.  

Eynək işıq sahəsinin fotonu tərəfindən rəqəmli işığın müxtəlif dərinlik və kəskinliklə generasiya olunduğu "Digital Lightfield" texnologiyasından istifadə edir. Bu işığın təbii işıqla qarışması nəticəsində real dünya ilə uyuşan rəqəmli obyektlər yaranır. Eynək, həmçinin, xüsusi ötürücülər, 6 kamera və 4 mikrofon ilə təchiz edilib.  

Sistem ötürücüləri kontroller olmadan gözlərin, baş və əllərin hərəkətlərini izləyir.