Bezosun gəmisi: Kosmik turizmin qiyməti məlum oldu


Digərləri 17 İyl 2018 08:35:00 297 0

Bezosun gəmisi: Kosmik turizmin qiyməti məlum oldu

Dünyanın ən zəngin adamı Ceff Bezosun "Blue Origin" aerokosmik şirkətinin təşkil edəcəyi kosmik turizmin təxmini qiyməti açıqlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, "New Shepard" gəmisində kosmosa uçmaq istəyənlər 200-300 min dollar arası pul ödəyəcəklər.

İyun ayında şirkət nümayəndələri bildiriblər ki, tezliklə "New Shepard"ın sərnişinlərlə birlikdə testləri başlayacaq, kosmik turistlər üçün bilet satışı isə gələn ilə planlaşdırılır.