Bakıda yoldan keçən şəxs bıçaqlanıb VİDEO


Digərləri 17 İyl 2018 08:38:00 258 0

Bakıda yoldan keçən şəxs bıçaqlanıb  VİDEO

Hadisəni törədən şəxs isə ərazidən qaçaraq uzaqlaşıb

Yasamal rayonunda gənc oğlan tanımadığı şəxs tərəfindən ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Şamaxinka kimi tanınan ərazidə baş verib.

Belə ki, 22 yaşlı Orucov Sadiq Namiq oğlu sözügedən ərazidən piyada keçərkən naməlum şəxs ona yaxınlaşaraq pul tələb edib. S.Orucov pulunun olmadığını bildirib. Naməlum şəxs ona əvvəlcə bıçaqla hədə qorxu gəlib. Bu vaxt tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Orucov bıçaqlanıb. .

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Növbətçi cərrah "Report"un əməkdaşına müsahibəsində bildirib ki, S.Orucov döş qəfəsinin sağ tərəfindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya qəbul edilib. O cərrahi əməliyyat olunub. Müəyyən edilib ki, bıçaq daxilə 10 santimetr dərinliyində daxilə nüfuz edib. Qaraciyər və mədnin ön divarı zədələnib. Yaralı əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinə məlumat daxil olub.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.


Xəbərə aid video