Gədəbəydə 17 yaşlı oğlan qətlə yetirilib


Sosial 17 İyl 2018 08:19:53 256 0

Gədəbəydə 17 yaşlı oğlan qətlə yetirilib

Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir

Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlabaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızıilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.

Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.