“Huawei”i 30 dəqiqəyə tam doldurmaq olacaq


Digərləri 17 İyl 2018 08:25:00 279 0

“Huawei”i 30 dəqiqəyə tam doldurmaq olacaq

"Huawei" şirkəti smartfonlar üçün yeni nəsil "Super Charge" sürətli enerji doldurma cihazını tərtib etdiyini elan edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, enerji doldurulmanın maksimal sürəti 49 Vt təşkil edəcək. Bu, "Huawei P20" smartfonlarındakı 22 saatlıq sürətdən olduqca çoxdur.

Şirkətdə dəqiqləşdiriblər ki, "Super Charge" smartfonu cəmi 30 dəqiqəyə tam olaraq doldura biləcək. Bu sistemin konkret hansı smartfonlarda tətbiq ediləcəyi hələlik məlum deyil.