Yoxlamalar üçün üçölçülü skaner hazırlanıb


Digərləri 17 İyl 2018 08:11:00 357 0

Yoxlamalar üçün üçölçülü skaner hazırlanıb

Çində aeroportlarda təhlükəsizliyin yoxlanılması üçün millimetrlik dalğalarda işləyən üçölçülü (3D) skaner yaradılıb.  

Son.az ICTnews-a istinadən bildirir ki, yeni qurğu daha tez reaksiyası, yüksək dəqiqliyi ilə seçilir və metalaxtaran cihazlarla müqayisədə az işçi qüvvəsi tələb edir.

Məlumata görə, skaner ölkənin iri raket istehsalçısı - Çin Aerokosmik Elm və Sənaye Korporasiyasının (CASIC) tərkibinə daxil olan akademiya tərəfindən layihələndirilib və hazırlanıb.