Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 222yə çatıb


Dünya 17 İyl 2018 08:10:00 253 0

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 222yə çatıb

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 222-yə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, təbii fəlakətdən 10 gün keçməsinə baxmayaraq daha 20 nəfər itkin düşmüş sayılır. Təxliyə məntəqələrində hələdə 4 min insan qalır.

Zərər dəymiş rayonlarda mağazalar işləmir, suyun verilişində fasilələr yaranıb. Təxliyə məntəqələrinin önündə humanitar yardımın verilməsi üçün yerlər açılıb. Həmçinin könüllülərin qəbulu üzrə məntəqə açılıb.