Bakıda yoldan keçən şəxs quldur tərəfindən bıçaqlanıb - VİDEO


Sosial 17 İyl 2018 02:25:22 328 0

Bakıda yoldan keçən şəxs quldur tərəfindən bıçaqlanıb - VİDEO

Hadisəni törədən şəxs isə ərazidən qaçaraq uzaqlaşıb

Yasamal rayonunda gənc oğlan tanımadığı şəxs tərəfindən ağır xəsarət alıb

"Report" xəbər verir ki, hadisə Şamaxinka kimi tanınan ərazidə baş verib.

Belə ki, 22 yaşlı Orucov Sadiq Namiq oğlu sözügeən ərazidən piyada keçərkən naməlum şəxs ona yaxınlaşaraq pul tələb edib. S.Orucov pulunun olmadığını bildirib. Naməlum şəxs ona əvvəlcə bıçaqla hədə qorxu gəlib. Bu vaxt tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Orucov bıçaqlanıb. Hadisəni törədən şəxs isə ərazidən qaçaraq uzaqlaşıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Növbətçi cərrah "Report"un əməkdaşına müsahibəsində bildirib ki, S.Orucov döş qəfəsinin sağ tərəfindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya qəbul edilib. O cərrahi əməliyyat olunub. Müəyyən edilib ki, bıçaq daxilə 10 santimetr dərinliyində daxilə nüfuz edib. Qaraciyər və mədnin ön divarı zədələnib. Yaralı əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinə məlumat daxil olub.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.