6 otaqlı ev yanıb


Digərləri 16 İyl 2018 23:52:00 393 0

6 otaqlı ev yanıb

Masallıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə, ümumi sahəsi 100 m2 olan tövlənin yanar konstruksiyaları 70 m2 sahədə, içərisinə yığılmış 10 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı digər vətəndaşlara məxsus ümumi sahəsi 280 m2 olan 3 tövlənin yanar konstruksiyaları 240 m2 sahədə, tövlələrin içərisində yığılmış 40 ton ot bağlamasının 19 tonu və 2 ton taxılın 500 kq yanıb.

Evin, tövlələrin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.