Masallıda 6 otaqlı ev yanıb


Digərləri 16 İyl 2018 23:42:50 360 0

Masallıda 6 otaqlı ev yanıb

Masallıda yanğın qeydə alınıb

Bakı. Masallıda yanğın qeydə alınıb. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə, ümumi sahəsi 100 m2 olan tövlənin yanar konstruksiyaları 70 m2 sahədə, içərisinə yığılmış 10 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı digər vətəndaşlara məxsus ümumi sahəsi 280 m2 olan 3 tövlənin yanar konstruksiyaları 240 m2 sahədə, tövlələrin içərisində yığılmış 40 ton ot bağlamasının 19 tonu və 2 ton taxılın 500 kq yanıb.