Eramızdan əvvələ aid TİBBİ CƏDVƏL tapıldı


Digərləri 16 İyl 2018 23:07:00 262 0

Eramızdan əvvələ aid TİBBİ CƏDVƏL tapıldı

Bu gün dərman istehsalı durmadan inkişaf edir. Buna baxmayaraq, ən qədim müalicə üsulu olan fitoterapiya öz aktuallığını itirmir. Fitoterapiya bitki, mineral və arıçılıq məhsulları üzərində qurulmuş təbabət növüdür.

Son.az xəbər verir ki, fitoterapiya ilə müalicəyə eramızdan əvvəl III əsrdə qədim Şumerdən tapılan cədvəllərdə də rast gəlinir. Bu əlyazmalarda qədim dövrün müxtəlif şəfalı otları və bitkiləri haqda çox geniş məlumat var. Şumerlər həmçinin müalicə üsulu kimi neft, dəniz duzu və bir sıra digər təbii vasitələrdən istifadə edirdilər.

Ot və bitkilərlə müalicə, yəni fitoterapiya qədim Misirdə də tətbiq olunurdu. Alman arxeoloqlarının buradan tapdıqları ən uzun papirusda misirli təbiblərin hazırladıqları 700-dən çox təbii dərman resepti var. Bu papirusun yaşı eramızdan çoxdur. Siyahıda isə xardal, söyüd budaqları, kəklikotu və müxtəlif bitkilərin adı var.