Ödənişi 2 ay gecikdi, maşını əlindən alındı VİDEO


Digərləri 16 İyl 2018 22:22:00 237 0

Ödənişi 2 ay gecikdi, maşını əlindən alındı  VİDEO

Faizə pul götürərək maşın aldı, 2 ay gecikməyə görə ödədiyi pul da getdi, maşın da...

Son.az bildirir ki, paytaxtın Sabunçu rayonunda yaşayan Xaliq Əliyev ötən ilin avqust ayında özünə məxsus minik avtomobilini satmaq üçün Sumqayıtdakı maşın bazarına aparıb. Orada başqa bir minik avtomobilini almaq istəyib və həmin maşının sahibi ilə barter barədə razılığa gəlib.

Çatışmayan 2200 manatı ödəmək üçün bazarda "makler" işləyən Emil Yolçuyev adlı şəxs Xalid Əliyevə dəstək olub. O qeyd edib ki, əvəzində Xalid Əliyevdən 20 ay müddətində hər ay 280 manat, nəticədə də 5600 manat pul alacaq. Maşın da Emilin adına qeydiyyata alınacaq və Xalidə pulu tam ödəyənə qədər sürmək üçün etibarnamə verəcək. Onlar razılığa gəliblər və Xalid Əliyev 7 ay bu pulu ödəyib.

Xalid Əliyev deyir ki, son 2 ayda maşının təmirinə xeyli pul xərclədiyi üçün götürdüyü vəsaitin ödənilməsində gecikmə baş verib. O, Emil Yolçuyevə də tezliklə həmin pulu ödəyəcəyini bildirib. Həmin ərəfədə Xalid Əliyevin aldığı maşın qayda pozuntusuna görə cərimə meydançasına aparılıb. O, maşını cərimə meydançasından götürməyə getdikdə isə bildirilib ki, avtomobili sahibi Emil Yolçuyev aparıb.