Məşhur əcnəbi aktyorların azərbaycanlı oxşarı: "Restoranda hesabı istəyəndə pul almırdılar, çünki…" FOTO


Kriminal 16 İyl 2018 21:05:00 285 0

Məşhur əcnəbi aktyorların azərbaycanlı oxşarı: "Restoranda hesabı istəyəndə pul almırdılar, çünki…"  FOTO

Aktyor Riad Sultanovun Son.az-a müsahibəsi.

- Riad, aktyor təhsili almısınız, yoxsa sırf tipajınız uyğun gəldiyinə görə bu sənəti seçmisiniz?

- Hələ uşaq olarkən bu bacarıq böyüklərimə bəlli olmuşdu. Sonra həm bacarıq, həm də tipaj bir-birini tamamladı. İçimdən gələn bacarıq olandan sonra təhsilə ehtiyac olmadı.

- Kinoya çəkilən insana aktyor təhsili bir o qədər də önəmli deyil, amma teatrda çalışmaq üçün mütləq şəkildə təhsil olmalıdır...

- Bəli, razıyam, qismən razıyam. Niyə? Çünki kino çəkilərkən, əvvəl dubl verilir, "xlopuşka" vurulur və motora start verilir, yani kamera çəkməyə başlayır. Çəkiliş zamanı aktyor sözü unutsa, ya da ki müəyən hərəkəti eləməsə, ya hər hansı bir nüansı filmin rejissoru bəyənməsə, dubl yenidən başlamış olur, ta ki hər şey üst-üstə düşənə qədər və rejissor bəyənənə qədər. Teatrda isə dubl olmur, oradakı oyunu aktyor gərək elə mükəmməl oynasın ki, tamaşa zamanı bir dəfədən alındırsın. Sanki cəmi bir şansı var.

- Bildiyim qədərilə teatrda da çalışırsınız. Hansında daha rahatsız, filmdə, yoxsa teatrda?

- Müəyən səbəblər ucbatından, çalışdığım teatrı tərk eləmişəm. Rahatlıq deyərkən, heç bir iş rahat ərsəyə gəlmir, hər bir işin öz çətinliyi var. Amma səhnəyə çıxış baxımından istər teatr, istər film, istər serial rahatdır o zaman ki, rejissorla, tərəf muqabilin ilə, ümumiyyətlə, kollektivlə bir-birinizi yarım kəlmədən, hətta göz təmasından anlaşılsın. Təəssüf ki, hər dəfə belə olmur. Narahatlıqlar da o zaman olur.

- Hansı teatrda çalışmısınız?

- Əsa teatrında.

- Teatrı tərk etməyinizə səbəb nə oldu?

- Mən, ümumiyyətlə, xoş rəftar, xoş niyyətli insanam. Teatrdan getməyimin səbəbini, hələ ki, açıqlamaq istəmirəm. Saxla samanı, gələr zamanı.

- Rejissorlar istedadınızdan kifayət qədər yararlanıblar?

- Məncə, yararlanıblar. Allah buyurub ki, "Ey insan, özünü öymə" bunu ona görə misal çəkərək vurğuladım ki, israrla desəm yararlanıblar, böyük danışmaq kimi çıxar. Əgər təkliflər alıramsa, əgər tədbirlərə dəvət olunuramsa, demək, yararlıyam. Məncə, oxşarlığımın da burda böyük rol oynayır.

- Oxşarlıq demişkən, bir çox aktyorlarda olmayan üz cizgiləri var sizdə. Bunu uğur saymaq olar?


Xəbərə aid fotolar