Bakıda qadının çantasından oğurluq edən şəxs tutuldu


Digərləri 16 İyl 2018 19:42:00 263 0

Bakıda qadının çantasından oğurluq edən şəxs tutuldu

Bakıda qadının çantasından oğurluq edən şəxs tutulub.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, Nizami RPİ 24-cü PŞ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən iyulun 13-də rayon ərazisində Bərdə rayon sakini Xalidə Balıyevanın çantasından 1225 manat və bankomat kartları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Bərzu Həşimov saxlanılıb.