Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib


Siyasət 16 İyl 2018 19:23:00 273 0

Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilir:

Həsənov Əli Məhəmmədəli oğlu

-

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Bayramov Ceyhun Əziz oğlu

-

Azərbaycan Respublikasının təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu

-

Azərbaycan Respublikasının mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu

-

Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı

-

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu

-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu

-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.