Lahıc – turistlərin sevimli məkanı (FOTOREPORTAJ)


Digərləri 16 İyl 2018 18:26:59 260 0

Lahıc – turistlərin sevimli məkanı (FOTOREPORTAJ)

Lahıc qəsəbəsi Azərbaycana gələn turistlərin baş çəkdiyi gözəl məkanlardan biridir.

Bakı. Zaur Mustafayev - İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycana gələn turistlərin baş çəkdiyi gözəl məkanlardan biridir. Trend-in məlumatına görə, Lahıc dağlar arasında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Qəsəbə Girdiman çayı sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub ki, bu da ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda kəndin xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunmasına imkan yaratmışdı. Lahıcın 2000 ildən artıq tarixi var. Lahıc ətrafında tapılmış daş bıçaq və ox ucluqları, gil qablar burada yaşayışın hələ qədim zamanlarda olmasından xəbər verir. Bu torpaqların qədimliyinin sübutlarından biri də bu gün də Lahıc qəbiristanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləridir. Ərəblərin Azərbaycana hücumu zamanı alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyaldağın Lahıca baxan yamacında idi. Lahıc Albaniyanın qala-şəhəri kimi mühüm müdafiə əhəmiyyəti daşıyırdı.