Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımı ayırıb


Digərləri 16 İyl 2018 18:09:00 222 0

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımı ayırıb

Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb..

Bakı. Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılır. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin