Ali Məhkəmə gizirin şikayətini rədd etdi


Digərləri 16 İyl 2018 17:39:00 253 0

Ali Məhkəmə gizirin şikayətini rədd etdi

Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin ölümündə təqsirləndirilən gizir Ramin Bayramovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov deyib.

Onun sözlərinə görə, prosesdə şikayət araşdırılsa da, təmin olunmayıb.

Ali Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Füzuli Hərbi Məhkəməsi əsgərin ölümündə gizir Ramin Bayramovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət vermişdi.

Lakin zərərçəkmiş tərəfin apellyasiya şikayətindən sonra Şirvan Aprllyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək gizir R.Bayramovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Məhkəmənin qərarı ilə R.Bayramov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qərarla razılaşmayan R.Bayramov qərardan kassasiya şikayəti vermişdi.