Premyer Liqa təmsilçisi danimarkalı futbolçu transfer edib


İdman 16 İyl 2018 17:40:00 300 0

Premyer Liqa təmsilçisi danimarkalı futbolçu transfer edib

Southampton heyətini yeni futbolçu ilə gücləndirib. goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarka yığmasının müdafiəçisi Yannik Vesterqoru transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu Borussia (Münhenqladbax) klubundan transfer olunub. Onunla 4 illik müqavilə imzalanıb.

Vesterqorun peşəkar karyerası bütünlüklə Almaniya ilə bağlıdır. Hoffenheim-ın yetirməsi olan müdafiəçi 2015/16 mövsümünü Werder-də keçirib. 2016-cı ildən etibarən isə o, Münhenqladbax klubunun şərəfini qoruyurdu.