Azərbaycanda da Adnan Oktardan zərər çəkənlər var


Digərləri 16 İyl 2018 17:05:00 260 0

Azərbaycanda da Adnan Oktardan zərər çəkənlər var

Türkiyədə bir neçə gün əvvəl müridləri ilə birlikdə həbs edilən şarlatan təriqət lideri Adnan Oktarın əməllərindən Azərbaycanda da zərərçəkənlər var.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, zərərçəkənlər Türkiyənin Bakıdakı konsulluğuna Adnan Oktar barədə şikayət ərizələrini təqdim ediblər. Bu haqda Türkiyə KİV-ləri bildirir.

Xəbərlərə görə, Adnan Oktar və təriqəti barədə Türkiyə polisində 2 min səhifəyə yaxın cinayət dosyesi hazırlanıb. Bu təriqətin 6 ölkədə, o cümlədən Azərbaycanda təşkilatlandığı bildirilir. Adnan Oktar barədə şikayətlərə daha 45-i əlavə olunub. Bunlar Almaniya, Avstriya, Hollandiya, Azərbaycan, Qətər və Qazaxıstandan daxil olub. Həmin ölkələrdəki Türkiyə konsulluqlarına müraciət edən zərərçəkənlər Oktar və qrupu barədə şikayət təqdim ediblər.

Türkiyə KİV-ləri artıq Azərbaycanda Adnan Oktarın təriqəti barədə araşdırma başladığını bildirir. Son məlumata görə, Türkiyədə Adnan Oktarın işi üzrə həbs edilənlərin sayı 255-i keçib. Təriqətin azyaşlı qız uşaqlarına qarşı seksual zorakılıqlar etməsi epizodu üzrə zərərçəkənlərin sayı 17-yə çatıb.