Burakın zədələnməsi Şeydayevin şanslarını artırdı


İdman 16 İyl 2018 16:54:00 319 0

Burakın zədələnməsi Şeydayevin şanslarını artırdı

Türkiyə millisi və Trabzonspor-un futbolçusu Burak Yılmaz uzun müddətə sıradan çıxıb. Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında zədələnib.

Əzələsi yırtılan oyunçunun əməliyyat olunacağı müəyyənləşib. Bu zədə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin əsas heyət üzvünə çevrilmə şanslarını artırıb. Avstriya Mattersburg-u ilə anlaşa bilməyən 22 yaşlı hücumçu hazırda müqavilə üzrə məxsus olduğu Trabzonspor-un Sloveniya toplanışındadır. Burak Yılmaz 2017-ci ildən Trabzonspor-da çıxış edir.