Fransalı futbolçu İspaniya klubunda


İdman 16 İyl 2018 16:36:00 265 0

Fransalı futbolçu İspaniya klubunda

Rayo Vallecano heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, yeni mövsümdən La Liqada mübarizə aparmaq hüququ qazanan klub fransalı hücumçu Qael Kakutanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, iyulun 18-də rəsmən ictimaiyyətə təqdim olunacaq və komandanın hazırlıq prosesinə qoşulacaq.

Kakutanın karyerasında nə məşhur klub Chelsea-dir. Məhz London klubunun yetirməsi olan futbolçu, karyerası ərzində Fulham, Bolton, Dijon, Vitess, Lazio, Sevilla, Hebei China Fortune, Amiens komandalarında da forma geyinib.