Əmlak qeydiyyatında yenilik - Mobil ofislər fəaliyyətə başladı (FOTO)


Digərləri 16 İyl 2018 16:26:00 217 0

Əmlak qeydiyyatında yenilik - Mobil ofislər fəaliyyətə başladı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kampaniya daşınmaz əmlaka dair qeydiyyat xidmətlərini əhaliyə daha da yaxınlaşdırmaqla bu sahədə əlçatanlığı artırır. Belə ki, bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər. Bu kampaniya iyulun 16-da Abşeron rayonun Ceyranbatan qəsəbəsində reallaşıb. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Ceyranbatan qəsəbəsinin 20 Yanvar küçəsi, 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Kampaniyanın əhatə etdiyi ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin əhalisi qeyd edilən tarixdə və vaxtda göstərilən ünvanlarda fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər.