Türkiyə Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir


Digərləri 16 İyl 2018 16:05:00 227 0

Türkiyə Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir

Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir.

Bakı. Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Akademiyaya 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları ilə aşağıda tanış ola bilərsiniz: I. Ümumi müddəalar: Təhsil dili: Türk dili Müvafiq təhsil müəssisəsində ingilis dilinin tədrisinə böyük önəm verilir. Kursantlara 4 illik ali təhsildən öncə 1 il müddətində İngilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa 1-ci kursdan təhsilə başlayırlar. Təhsil forması: əyani Təhsil müddəti: İngilis dili hazırlığı ilə birlikdə 5 il Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar. II. Ali Məktəbə qəbul aşağıdakı mərhələlərdə həyata keçirilir: