ABŞ və Rusiya prezidentləri arasında görüş başlayıb


Dünya 16 İyl 2018 15:10:07 264 0

ABŞ və Rusiya prezidentləri arasında görüş başlayıb

Görüşün 3 saat sürəcəyi ehtimal edilir

Finlandiyanın paytaxtı Helsinki şəhərindəABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, görüşün 3 saat sürəcəyi ehtimal edilir.

Yerli vaxtla səhər saatlarında Donlad Tramp Finlandiya prezidenti Sauli Niinistyo ilə görüşüb. Rusiya prezidenti isə Sauli Niinstyo ilə D.Trampla danışıqlardan sonra bir araya gələcək.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentlər ən çoxu 4 sualı cavablandıracaq.

Onların, əsasən, Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub.