Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” toplusunun təqdimatı keçirilib (FOTO)


Digərləri 16 İyl 2018 15:02:00 263 0

Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” toplusunun təqdimatı keçirilib (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” adlı məqalələr toplusunun təqdimat mərasimi keçirilib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” adlı məqalələr toplusunun təqdimat mərasimi keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə tanınmış dilçi alimlər, media nümayəndələri və gənclər iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, milli dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin dövlət dili kimi inkişafı, tədrisi, müxtəlif sahələrdə tətbiqi prosesində hər bir vətəndaşın, xüsusilə ziyalıların rolu böyükdür: "Ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri onu deməyə əsas verir ki, telekanallarda ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Bilik Fondu ana dilimizin qorunması istiqamətində bir sıra maarifləndirici tədbirlər həyata keçirir". İcraçı direktor 2017-ci ilin oktyabrında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” adlanan layihəyə başladığını xatırladaraq, bir sıra teleradio kanallarında keçirilən təlimlərdə iştirakçılara dilçilik, nitq mədəniyyəti ilə bağlı nəzəri bilgilərin verilməsilə yanaşı, praktik məşğələlərin də tətbiq olunduğunu xatırladıb.