Azərbaycan ÜDMi artıb


Digərləri 16 İyl 2018 14:52:00 364 0

Azərbaycan ÜDMi artıb

2018-ci ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,3 faiz artaraq 37009,1 milyon manata çatıb.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində əlavə dəyər 7,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, informasiya və rabitə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, sənayedə 1,2 faiz, digər xidmət sahələrində 0,6 faiz artıb, tikintidə isə 10,5 faiz azalıb.