Sahibsiz itləri güllələməsi "zibil"ini üzə çıxardı


Digərləri 16 İyl 2018 14:56:00 273 0

Sahibsiz itləri güllələməsi "zibil"ini üzə çıxardı

İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.

Pünhan Mirzə Son.az