Lovren: "Fransa hər zaman bu taktikadan istifadə edir"


İdman 16 İyl 2018 15:00:00 258 0

Lovren: "Fransa hər zaman bu taktikadan istifadə edir"

Xorvatiya millisinin üzvü Deyan Lovren dünya çempionatının finalı ilə bağlı fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, müdafiəçi Fransadan güclü oynadıqlarını bildirib.

"Biz rəqibdən daha yaxşı idik. Fransa futbol oynamadı, öz şanslarını gözlədilər və qol vurdular. Fransa hər zaman bu taktikadan istifadə edir. Buna hörmətlə yanaşmaq lazımdır.

Ona görə çox məyus oluram ki, rəqibdən daha yaxşı oynadığımız matçda uduzduq.

Xorvatiya millisinin dünyada 2-ci olmasına görə fəxr edirəm. Peşman olduğumuz məqamlar var, amma indi bunu danışmağın heç bir əhəmiyyəti yoxdur. Öz hisslərimi təsvir etmək indi çətindir. Ola bilsin ki, bir neçə aydan sonra bu barədə danışa bilərəm” - Lovren deyib.