Ağdaş polisi soyğunçu dəstəni yaxaladı


Digərləri 16 İyl 2018 14:45:05 227 0

Ağdaş polisi soyğunçu dəstəni yaxaladı

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların İsmayıllı rayon sakini Turan Ağazadə və Ağcabədi rayon sakini Namiq İsmayılov olduqları müəyyən edilib.