Haradan gəlmişik və haraya gedirik?


Digərləri 16 İyl 2018 14:34:00 124 0

Haradan gəlmişik və haraya gedirik?

Son.az tanınmış nevropatoloq Qalib Əsədovun yazısını təqdim edir.

İlk insanların təbiətə, xüsusən də ağlın gücüylə izah edə bilməyəcəkləri hadisələrə bir maraqları vardı. Bu sirrləri çözmək üçün geniş bir tanrılar və ilahələr sinfi yaratdılar. Nəticədə ildırım, zəlzələ, vulkan, quraqlıq, xəstəliklər və hətta sevgi kimi özəl anlayışların səbəbini açıqlayırdılar. Qədim yunanlar dənizdəki qabarmanı Poseydunun dəyişən əhval-ruhiyyəsi ilə izah edirdilər. Qışın gəlməsinin səbəbi Persephonenin yeraltına qaçırılması üzündən dünyanın kədərlənməsi idi. Romalılar vulkanların tanrıların nalbəndi Vulkanın evi olduğuna inanırdı, dağın altındakı nəhəng bir dəmirçixanada çalışır və bacadan alovların fışqırmasına səbəb olur deyirdilər. Antik insanlar təkcə təbiətdə deyil, öz bədənlərindəki sirrləri açıqlamaq üçün saysız-hesabsız tanrı icad etmişdilər. İlahə Heranın gözündən düşmək sonsuzluğun səbəbi idi. Sevginin səbəbi Amurun hədəfi olmaq, epidemiyalar Apollonun qəzəbiydi. Qədim insanlar ətrafda anlamadıqları bir şeylər gördükdə bu boşluqları tanrılarla doldururdu.

Lakin insanlar öyrənməyə davam edir və bilikləri yüz illər ərzində getdikcə artırdı. Təbiətin sirrləri aşkar olduqca tanrıların sayı azalmağa başladı. Məsələn, dənizlərdəki qabarmalara Ay səbəb olduğunu öyrəndikdə artıq Poseydona ehtiyac qalmadı. Biz də cahil dövrün bir əfsanəsi kimi onu arxivlərdən öyrəndik. Digər tanrıların da aqibəti eyni cür oldu. Zəkamız artdıqca bu tanrılar bir-birinin dalınca öldü. Lakin bu proses elə də asanlıqla baş vermirdi. Bir mədəniyyətin inanclarını tərk etməsi, çox ağrılı bir prosesdir. Dini inanclar daha kiçik yaşlarda çox sevdiyimiz və güvəndiyimiz insanlar - valideynlər, müəllimlər, lider hesab etdiyimiz şəxslər vasitəsilə beynimizə yeridilir. Bu səbəblə də illərlə sürən dini dəyişikliklər qan tökülməsinə və böyük fəlakətlərə səbəb olurdu. Tanrılar ölsə də biri qaldı - Zevs - tanrıların arasında ən qorxulanı və ən hörmət ediləni. Zevs yox olmağa digər tanrılardan daha çox müqavimət göstərdi. İşığının söndürülməsinə hiddətlənib, yox oluncaya qədər vəhşi bir müharibələr başlatdı. Zevsin müridləri tanrılarını buraxmamaq üçün elə bir müqavimət göstərdilər ki, yeni yaranan dinin tərəfdarları Xristianlar Tanrınınn yeni sifətinin Zevsə oxşatmaqdan başqa əlacı qalmadı.

Bu gün biz keçi tərəfindən yetişdirilib, tək gözlü Cyclopes kimi canavardan güc alan Zevsə və buna bənzər əfsanələrə inanmırıq. Modern düşüncə sayəsində bu kimi misallar bizim üçün bir mifdir. Qədim insanların inancının keçmişə əyləncəli nəzər yetirməmizə səbəb olan xəyali bir hekayələr olduğunu bilirik. Artıq işlər dəyişib. Bizlər modern insanlarıq. Zəkası kamilləşmiş və texnolojidən yararlanaraq böyük işlər görən bir toplumuq.  Vulkanların altında çalışan nəhəng dəmirçixanalara və ya ilin fəsillərini dəyişən tanrılara inanmırıq. Qədim babalarımza heç bənzəmirik.

YOXSA BƏNZƏYİRİK?..

Özümüzə ağıllı, modern, kamilliyin zirvəsinə çatmış insanlar deyirik. Amma dünyamızda ən geniş yayılmış dinlər çox sayda möcüzəvi iddialar irəli sürür və milyardlarla insan buna inanır. Qiyamət günü bütün ölülər izaholunmaz şəkildə dirilir, biz günah işlətdiyimizə görə intiqamçı tanrılar tərəfindən xəstəliklər göndərilir, zəlzələlər olur, sellər və digər təbii fəlakətlər baş verir. İnanırıq ki, öləndən sonra ya cənnətdə əbədi kef içində yaşayacaq və ya cəhənnəmin alovlarında yanacağıq.

Mənə bir şey maraqlı gəldi və bunu xəyal etməyə çalışdım. Gələcək tarixçilər və antropoloqlar bizim haqda nə düşünəcəklər? Onlar keçmişə baxıb dəyərləndirərkən bu günkü dini inanclarımızı cahiliyyət dövrünə aid miflər sinfinə aid edəcəklərmi? Bizim tanrimiza da bizim Zevsə baxdığımız kimi baxacaqlar görəsən? Müqəddəs hesab etdiyimiz mətnləri doğrudanmı tarixin tozlu rəflərinə atacaqlar? Hələ ki, bu suallara dəqiq cavabım yoxdur. Amma mənə elə gəlir ki, bu, məhz belə də olacaq.Gələcək nəsillər bizim kimi texnoloji baxımdan inkişaf etmiş insanların necə olub modern dinə bu qədər bağlandıqlarını anlamayacaqlar. Əminəm ki, gələcək nəsillər bu gün yaşadığımız dövrü bir cahiliyyət dövrü olaraq adlandıracaq və buna sübüt kimi qadınların başını örtməyə məcbur etdiyimizi, Yaxın Şərqdə baş verən insan qırğınını, hindlilərin inəyə pərəstiş etdiyini, özümüzü döyən, başımızı yardığımız səhnələri, cin çıxartma üsullarını, körpə uşaqların soyuq xaç suyuna salınmasını və s n qədər faktları göstərəcəklər. Onlar anlamayacaqlar ki, modern insan beyni analiz etməyi bacardığına baxmayaraq, necə olub ki, belə əcaib şeylərə izn verib. Amma cavabı çox sadədir.

İnsan beyni inandığı şeyə niyə inanır? Gün ərzində beynimiz külli miqdarda informasiya alır. Durmadan gələn bu informasiyalar bir-birindən fərqlidir və beyin bunların hamısını təhlil etmək zorundadır. Beynin işləmək prinsipi aşağıdakı kimidir: "QARIŞIQDAN, XAOSDAN NİZAM YARAT" Beynin nizam yaratma mexanizmi neyronlardakı DNT-də yerləşib və məhz buna görə də insan beyninin ən möhtəşəm icadı kompyuter hesab olunur. Kompyuter qarma-qarışıqlıq içərisindən nizam yaratmağımıza kömək etmək məqsədilə hazırlanmış bir makinadır. Yeri gəlmişkən ispanca kompyuter "ordenador" adlanır, yəni nizam yaradan. Təsəvvür edin ki, dünyadakı bütün bilgiləri yerləşdirdiyimiz bir kompyuterimiz var. Bu kompyuterə istədiyin sualı verə bilərsən. İnsanlığın zehnini əsrlər boyu düşündürən bir sual verək.

HARDAN GƏLMİŞİK?

13 yaşlı qızı parkda başından təpiklədilər  VİDEO  FOTO like
  • 16 İyl 14:29  
Digərləri 13 yaşlı qızı parkda başından təpiklədilər VİDEO FOTO

Polis sosial şəbəkələrdə yayılan 13 yaşlı qızın döyüldüyü video i

arrow Ətraflı
Artıq efirə intim səhnələri deyil, like
  • 16 İyl 14:25  
Digərləri Artıq efirə intim səhnələri deyil,

Layihə rəhbərləri İngiltərənin ITV kanalında yayımlanan "Love Isla

arrow Ətraflı
Bakı Metropolitenində vakansiya - Maşinist like
  • 16 İyl 14:23  
Digərləri Bakı Metropolitenində vakansiya - Maşinist

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının ma

arrow Ətraflı
Cəlilabadda “QAZel” aşdı, sürücü öldü like
  • 16 İyl 14:17  
Digərləri Cəlilabadda “QAZel” aşdı, sürücü öldü

Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib like
  • 16 İyl 14:13  
Siyasət Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə t

arrow Ətraflı
Aİ-nin ali nümayəndəsi "Şərq tərəfdaşlığı" ölkələri ilə əlaqələri müsbət dəyərləndirib like
  • 16 İyl 14:12  
Siyasət Aİ-nin ali nümayəndəsi "Şərq tərəfdaşlığı" ölkələri ilə əlaqələri müsbət dəyərləndirib

Oktyabrda "Şərq tərəfdaşlığı" ölkələrinin XİN başçıları səviyy

arrow Ətraflı
Cəlilabadda tüfeyli həyat sürən şəxs zibillikdə öldü like
  • 16 İyl 14:11  
Digərləri Cəlilabadda tüfeyli həyat sürən şəxs zibillikdə öldü

Cəlilabad rayonunda zibillikdən meyit tapılıb.

arrow Ətraflı
XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir like
  • 16 İyl 14:08  
Digərləri XİN: İran Gəncənin icra başçısına qarşı sui-qəsdi pisləyir

İran Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarş

arrow Ətraflı
Bakıda bu yol işıq dirəklərinə görə tam bağlanacaq like
  • 16 İyl 14:06  
Digərləri Bakıda bu yol işıq dirəklərinə görə tam bağlanacaq

AAYDA-dan Son.az-a verilən məlumata görə, Mir Cəlal küçəsinin yenidən q

arrow Ətraflı
Fransalı futbolçu milli karyerasını başa vurdu like
  • 16 İyl 14:03  
İdman Fransalı futbolçu milli karyerasını başa vurdu

Fransanın heyətində dünya çempionu olan Adil Rami finaldan sonra

arrow Ətraflı
Mogerini: "ABŞ unutmamalıdır ki, onun dostu kimdir" like
  • 16 İyl 14:02  
Dünya Mogerini: "ABŞ unutmamalıdır ki, onun dostu kimdir"

ABŞ adminstrasiyası kimin onların dostu olduğunu unutmamalıdır.

arrow Ətraflı
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib like
  • 16 İyl 13:59  
Digərləri Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə t

arrow Ətraflı