Bakıda qanunsuz tikilən binanın inşası dayandırıldı,


Digərləri 16 İyl 2018 14:39:32 251 0

Bakıda qanunsuz tikilən binanın inşası dayandırıldı,

Bakı bünövrəsi qoyulan binanın tikintisi dayandırıldı. Bina üçün qazılan ərazi əvvəlki vəziyyətinə qaytarılır.

Yerli sakinlərin Son.az-a verdiyi məlumata görə, Bakının Nəsimi rayonu, 5-ci mikrorayon 20 yanvar küçəsi 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilmədiyi ortaya çıxıb.

Rəsmi qrumların, bu qanunsuz tikinti ilə bağlı aparılan işlərin dayandırılması, habelə ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə tədbirlər görülməsi tapşırığından sonra bu gün qazılan çalanın doldurulması prosesinə başlanılıb.

Yusif Nəsirli Son.az


Xəbərə aid fotolar