Aydın Səfixanlı: Gəncədəki hadisələrin dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir


Digərləri 16 İyl 2018 14:30:00 270 0

Aydın Səfixanlı: Gəncədəki hadisələrin dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir

Gəncə şəhərində qanlı hadisələrin dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir.

Bakı. İlhamə İsabalayeva - Gəncə şəhərində qanlı hadisələrin dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir. Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib. Onun sözlərinə görə, Azərbaycanda milliyyətindən, dinindən, etnik və digər mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüquq və azadlıqları bərabər səviyyədə qorunur. Hər bir kəsə öz dini inanclarını həyata keçirmək üçün bərabər imkanlar yaradılır. A.Səfixanlı qeyd edib ki, xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında, o cümlədən mədəni hüquqların daha səmərəli təmin olunmasında nümunə kimi göstərilir: "Azərbaycan dövləti və xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş, İslam Həmrəyliyi Oyunları keçirilmiş, Bakı və Naxçıvan İslam mədəniyyətinin paytaxt şəhərləri seçilmiş və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə hər zaman ən yüksək qiymət vermişdir. Təbii ki, məhz bu məntiqdən çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda düzgün olaraq bəyan etdi ki, 3 və 10 iyul tarixlərində Gəncə şəhərində qanlı cinayətlərin dini şüarlar altında törədilməsi öz-özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir".